Dünya

İçki məclisi qanlı bitdi – Qonşusunun arvadını gözünün qarşısında…

İçki məclisi qanlı bitdi – Qonşusunun arvadını gözünün qarşısında…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada, Novosibirsk vilayətində məhkəmə rəfiqəsini bıçaqlayaraq ərinə hücum edən 54 yaşlı yerli sakinin işinə baxacaq.

7Times.az  bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, 2022-ci ilin oktyabrında axşam saatlarında müttəhim ər-arvad qonşusuna baş çəkməyə gəlib. Hər üçü içməyə başlayıblar, lakin məclis zamanı qısqanclıq hissləri ucbatından kişilər mübahisə ediblər. Qonaq ev sahibinin üzünə bir neçə zərbə vurub, o, yıxılaraq qapının astanasına dəyib.

Bundan başqa, kişi ev sahibinin 50 yaşlı arvadını döyüb, ona 100 bıçaq zərbəsi vurub, elektrik naqili ilə bağlayıb və qaçıb. Qadın ölüb. Onun əri xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi (“Qətl”) və 118-ci maddəsinin 1-ci hissəsi (“Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma”) ilə iş başlanıb.

Milli.Az