Messinin həyat yoldaşı Antonella Rokutsanın ailəsinə məxsus supermarket silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.
Sfera.az bildirir ki, hadisə 36 yaşlı hücumçunun doğma şəhəri olan Rosarioda qeyd alınıb. Belə ki, şəxslərdən biri motosikletdə sərnişin kimi supermarketə yaxınlaşıb və bu, müşahidə kamerasına düşüb. Silahlı şəxs müəssisənin metal panjurlarına ondan artıq atəş açıb. Yerli mediaya görə, hücumun əsl məqsədi Antonellanın əri Lionel Messi olub. Onlar divara qara kömürlə “Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri – E.S) narkotik alverçisidir, səni xilas etməyəcək” yazıblar. Cümə axşamı səhər saat 3 radələrində baş verən hücumdan sonra müəssisənin qapıları bağlı qalıb. Argentina şəhərinin yerli televiziyası iddia edib ki, səbəb Messidən pul qoparmaqdır.
İlkin araşdırmadan sonra səlahiyyətlilər qeyd edib ki, mağazanın sahibləri hücumdan bir neçə saat əvvəl heç bir hədə-qorxu ilə üz-üzə qalmayıblar.
Qeyd edək ki, ötən il Rosario sakinləri üçün gərgin olub. Belə ki, şəhərdə hökm sürən güvənsizlik məsələlərinə görə 300-ə qədər insan həyatını itirib.
Follow @7timesaz