Dünya

Estoniyada parlament seçkiləri – Baş nazirin partiyası qalib gəldi 

Estoniyada parlament seçkiləri – Baş nazirin partiyası qalib gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyada keçirilən parlament seçkilərində ölkənin hazırkı baş naziri Kaya Kallasın rəhbərlik etdiyi İslahat Partiyası qalib gəlib.

 

Modern.az xəbər verir ki, səsvermədə istifadə edilən bülletenlərin hamısı sayılıb.

 

Hakim siyasi partiya 31,2% səslə birinci olub. İkinci yerdə 16,1% səslə Mühafizəkar Xalq Partiyasını qərarlaşıb.

 

Mərkəz Partiyası 15,3%, liberal “Eesti 200” partiyası 13,3%, Sosial Demokrat Partiyası 9,3% və milli mühafizəkar İsamaa partiyası 8,2% səs toplayıb. Digər partiyalar 5%-lik seçki baryerini aşa bilməyib.

 

İslahat Partiyası Estoniya parlamentində “Riigikogu) 37 yer qazanıb ki, bu da 2019-cu il seçkiləri ilə müqayisədə 3 yer çoxdur. Mühafizəkarlar Partiyası 17 yer (əvvəlki seçkilərdən 2 yer az), Mərkəzçilər 16 (10 yer az) yer əldə edib.

 

Estoniya parlamenti 101 deputatdan ibarətdir, parlamentarilər 4 il müddətinə seçilir. Parlament Estoniya prezidentini seçir və Estoniya hökumətinin fəaliyyətinə nəzarət edir.