Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi prezidentliyə namizədlər və parlamentin tərkibi ilə bağlı ümumi səsvermənin mayın 14-də keçiriləcəyini təsdiqləyib.
7Times.az TRT-yə istinadla xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasının yekunlarına dair məlumat verib.
“Biz bu seçkiqabağı mərhələni keçməliyik və diqqətimizi zəlzələnin aradan qaldırılmasına yönəltməliyik, dediyimiz kimi, mayın 14-də seçkilərin keçirilməsi bizə belə bir fürsət verəcək. Gözləyirəm ki, cümə günü, martın 10-da müvafiq qərarı imzalayacağam – belə səlahiyyətlər konstitusiya ilə verilir – və növbəti gün rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək”, – deyə o bildirib.
Follow @7timesaz