Dünya

Zaxarova ekofəallardan danışdı: “Lazım olanda…”

Zaxarova ekofəallardan danışdı: “Lazım olanda…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında Haaqada ətraf mühit fəallarına qarşı su şırnaqlarından istifadə edilməsinə münasibət bildirib.

“Ölkə.az” xəbər verir ki, o Qərbdə məsələlərə münasibətin birmənalı olmadığını deyib.

“Lazım olanda… lazımdır. Ehtiyac olmadıqda, bu, su şırnağıdır”, – Zaxarova bildirib.

Qeyd edək ki, bir gün əvvəl Haaqanın rayonlarından birində “minlərlə ekoloq” şəhərin əsas magistral yolunu – A12 magistralını bağlayıb, mədən işlərinə dövlət subsidiyalarının ayrılmasına qarşı çıxıblar. Polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edib.