Dünya

Rusiya, Türkiyə, İran və Suriya XİN nümayəndələri Moskvada görüşəcək

Rusiya, Türkiyə, İran və Suriya XİN nümayəndələri Moskvada görüşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya, İran və Suriya Xarici İşlər nazirliklərinin nümayəndə heyətlərinin görüşü martın 15-16-da Moskvada baş tutacaq.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq görüş Suriya mövzusuna həsr olunacaq. Görüşün digər təfərrüatları açıqlanmır.

Xatırladaq ki, martın 9-da İranın Rusiyadakı səfiri Kazem Cəlali rəsmi Tehranın görüşdə iştirak edəcəyini bildirib.