“Qarabağ”la yoldaşlıq oyunu keçirəcək “Qalatasaray”ın Azərbaycana səfər proqramı bəlli olub.
Sfera.az xəbər verir ki, “sarı-qırmızılar” 25 mart tarixində Bakıya gələcək.
İstanbul təmsilçisini gətirəcək təyyarə saat 19:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək. “Cim bom” “Fairmont Hotel”də məskunlaşacaq.
Okan Burukun rəhbərlik etdiyi kollektiv Bakıda məşqə çıxmayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” qarşılaşması 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Follow @7timesaz