Əməkdar artist Aygün Bəylər xəstəliyindən danışıb.
7Times.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən xanəndə bu haqda “Günaydın, Azərbaycan”da bəhs edib.
O bildirib ki, xəstəliyindən 1 il əvvəl xəbər tutub:
“Sənət üçün doğulmuşuq. Bizim də işimiz sağlam, xəstə, hər kəsin könlünü oxşayaq. Bir il olar ki, xəstəliyimdən xəbərdar oldum. Dedim ki, Allahın imtahanı, qismətidir. Hər şeyimi sənətə bəxş etmişəm: sağlamlığımı, var-dövlətimi, qazandığım pulları. Mənim üçün xalqın alqışı önəmlidir. Bu xəstəliyi Allah verdi ki, göstərsin xalqın duaları ilə səni həyata qaytardım. Yaşamaq çox çətindir. O ki qaldı sənətçi üçün. Çəkilişlərə qaçıram, baxıram ciyərim, başqa yerim ağrayır. Amma deyirəm, eybi yox, xalq dua edəcək və sağalacağam.
Follow @7timesaz