Maqazin

“Qapıya papaq atmayın”

“Qapıya papaq atmayın”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən sənətə gələndə nə TikTok, nə instaqram var idi. Bu gün çoxu çıxır deyir efir mənim telefonumdadır. Yanlış bir fikirdir. Efir başqadır. Əlində TikTok-un da olsa, efir başqadır. Bundan sonra 50 il keçəcək, yenə də insanlar yuxudan oyananda televizoru yandıracaqlar”.

7Times.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Səhər mərkəzi” verilişində deyib. Müğənni verilişlərə gəlməyən, sosial şəbəkədə məşhur olan ifaçıları tənqid edib:

“Sosial şəbəkədəkilər də televiziyada olanları yayımlayır. Sosial şəbəkədə mahnını yayımlaya bilərsən”.

Novruz adətlərindən danışan Məhərrəmli papaq atılmasını tənqid edib:

“Əvvəl torba atırdılar. İndi papaq atmaq rahat olub. Ənənəmizdə papaq atmaq olmayıb. İndi də papağa yazırlar ki, xahiş edirəm içinə pul qoyun. Eybi yox, olsun, amma yetər ki, torba atın. Ya da şal atın. Papaq atmayın. Mən pul qoymamışam, çünki sözdən xoşum gəlməyib. Şala da nə istəsən yığmaq olar”.