Maqazin

Tuba zəlzələdən zərərçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək

Tuba zəlzələdən zərərçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktrisa Tuba Büyüküstün həmkarı Fırat Çelik ilə bərabər zəlzələdən zərəçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək.

7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tuba UNICEF-in xoşməramlı səfiri olaraq həmin gecənin təşkilatçısı olacaq.

“3 aprel 2023-cü ildə La Tour Eyfel Teatrında fransız sənətçilərin iştirakı ilə keçiriləcək gecədən əldə ediləcək bütün gəlir UNICEF Türkiyənin hesabına köçürüləcək”, – deyə Tuba bildirib.

Xeyriyyə kampaniyasında iştirak edəcək məşhurlar arasında Artus, Ceremi Ferrari, Paul Mirabel, Verino, La Bajon və Camille Aumont Carnel var.