“Qarabağ”dan 5 milyon avroya Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borges Azərbaycana gəlib.
7Times.az Sportal.az-a istinadən xəbər verir ki, qış fasiləsindən yararlanan braziliyalı yarımmüdafiəçi Bakıya baş çəkib. O, Bakıdakı ticarət mərkəzlərinin birində görünüb.
26 yaşlı futbolçu sabiq klubunun düşərgəsini də ziyarət edib, komandanın məşqini izləyib. O, Ağdam təmsilçisinin futbolçuları və baş məşqçi Qurban Qurbanovla görüşüb.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvar ayına kimi “Qarabağ”ın formasını geyinib.
Follow @7timesaz