Dünya

Oğlan şagirdlərinə çılpaq şəkillərini göndərən müəllim HƏBS EDİLDİ

Oğlan şagirdlərinə çılpaq şəkillərini göndərən müəllim HƏBS EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Oklahoma ştatından olan keçmiş texnologiya müəllimi elektron vasitələrdən istifadə etməklə yetkinlik yaşına çatmayanları cinsi qısnama və şirnikləndirməkdə ittiham olunur.

 

7Times.az  bildirir ki, 43 yaşlı Serena Kator martın 16-da həbs edilib. Müstəntiqlərin fikrincə, qanunsuz hadisələr 2022-ci ilin sentyabrında baş verib. Cinayət işinin başlanması üçün müəllimin işlədiyi Makleod məktəbində aparılmış daxili araşdırmanın nəticələri əsas olub.

Kator cinayəti etiraf edib. O, həmçinin messencerlərdə və sosial şəbəkələrdə yeniyetmələrlə sekslə bağlı söhbətlər edib. Qadın məktəb rəhbərliyinə danışdığı on oğlanın adları olan siyahını təqdim edib. Qeyd olunur ki, siyahıdan iki şagird müəllimin qızı ilə görüşüb.

 

Kator həmçinin bəzi xəyallar qurduğunu və yeniyetmələrlə cinsi əlaqənin reallıqda olub-olmamasından əmin olmadığını bildirib. O, “çox içdiyini” və “köməyə ehtiyacı olduğunu” bildirib.(Lent.az)