Dünyanın ən güclü ordularının toqquşmasının nəticələri dəhşətli olacaq.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
Medvedevin fikrincə, dünyanın aparıcı gücləri arasında real toqquşma olarsa, onlardan hansının qalib gəldiyini anlamaq mümkün olmayacaq. “Əgər ən güclü ordular müharibəyə başlasa, qalibi necə müəyyənləşdirəcəyik? Bu işdə qalibin olmayacağı tamamilə aydındır”, – deyə siyasətçi bildirib.Xatırladaq ki, bundan əvvəl Medvedev Qərb dövlətləri öz dominantlıqlarını təsdiq etməyə çalışdıqları üçün onilliklər ərzində dünyanın problemli olacağını proqnozlaşdırmışdı. O, bunu NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynada münaqişənin gərginləşməsi riskinin Rusiyanın qarşıdurmada qələbəsindən yaranan təhlükə ilə müqayisəedilməz olduğunu söyləyən bəyanatı fonunda açıqlayıb.
Follow @7timesaz