Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan mayın 14-ü keçiriləcək Prezident seçkilərinə namizədliyini geri götürüb.
7Times.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərbakan bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsən görüşərək razılığa gəldiyini bildirib.
O qeyd edib ki, partiyası “Cümhur İttifaqı”na qoşulur və partiyanın üzvləri seçkilərdə blokun vahid namizədi Ərdoğana səs verəcək.
Qeyd edək ki, F.Ərbakan Türkiyənin keçmiş Baş naziri Nəcməddin Ərbakanın oğludur.
Follow @7timesaz