ABŞ və Avropa İttifaqı (Aİ) ilk dəfə birgə dəniz təlimi keçirib.
APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“2022-ci il dekabrın 2-də Hind-Sakit Okean üzrə Aİ-ABŞ Yüksək Səviyyəli Məsləhətləşmələrinin son raundunun qərarına uyğun olaraq, 23 və 24 mart tarixlərində Avropa İttifaqı və ABŞ birgə dəniz təlimi keçirib”, – deyə məlumatda qeyd olunub.
Birgə hərbi dəniz təlimi Aİ və ABŞ-ın açıq dənizdə naviqasiya azadlığının tətbiqi və patrul xidməti çərçivəsində baş tutub.
Təlimdə ABŞ-dan “USS PAUL HAMILTON”, həmçinin Aİ-nin Hərbi Dəniz Qüvvələrinin Atalanta əməliyyatından İspaniyanın “REINA SOFIA” gəmisi və İtaliyanın “CARLO BERGAMINI” gəmisi iştirak edib.
Təlimə birgə fəaliyyət, inteqrasiyanı təkmilləşdirmək üçün nəzərdə tutulmuş prosedurlar daxildir.
Follow @7timesaz