Bakı metropoliteninin “Əcəmi” stansiyasında bir şəxs özünü qatarın altına atıb.
7Times.az xəbər verir ki, maşinist dərhal qatarı saxlayıb. Hadisə zamanı xəsarət alan şəxs qatarın altından çıxarılıb.
Medianews.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb: “Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb”.
Məlumatda qeyd edilib ki, aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür: “Nəticədə “Yaşıl xətt” üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.
Follow @7timesaz