Maqazin

11 il sonra boşanır

11 il sonra boşanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivudun daha bir məşhur cütlüyü ayrılıq qərarı alıb.

Axşam.az xəbər verir ki, aktrisa Riz Uizerspun 11 ildən sonra həyat yoldaşı Cim Totla boşanır. Bu barədə aktrisa sosial şəbəkədə paylaşım edərək, bunları yazıb:

“Boşanma qərarını vermək çətin idi. Biz birlikdə çox gözəl illər keçirmişik. Hər şeyi dərin sevgi, mehribanlıq, qarşılıqlı hörmətlə etmişik”.

Cütlük bildirib ki, hazırda onlar üçün önəmli olan 11 yaşlı övladları Tennessi Ceyms Totdur. Aktrisa bildirib ki, dost kimi ayrılırlar.

Qeyd edək ki, Riz Uizerspun bundan əvvəl 1999-2008-ci illərdə aktyor Ryan Phillippe ilə evli olub. Bu evlilikdə ulduzun iki övladı var – 23 yaşında olan Ava Elizabet və hazırda 20 yaşında olan Dikon Riz.