Müğənni Günel Zeynalova Türk sənət musiqisinin “imperatoru” İbrahim Tatlısəslə yenidən bir araya gəlib.
7Times.az xəbər verir ki, bu haqsa Günel sosial şəbəkə hesabında məlumat verib.
Zeynalova bildirib ki, Tatlısəsin yaxın günlərdə təqdim edəcəyi bir sıra yeni mahnılarda onunda səsini eşidəcəyik. Belə ki, Günel İbrahimə vokalistlik edib.
“İmparator, sənə uşaqlığımdan bəri vokalistlik edirəm. Bu, mənim üçün böyük şərəfdir. Yeni hit gəlir, xeyirli-uğurlu olsun. Ceylo və Yudumla birgə… Qızlar, bundan sonra vokala gedirik”, – deyə G.Zeynalova vurğulayıb.
Follow @7timesaz