Dünya

Diş həkimi sevgilisi ilə görüşə bilmək üçün 6 övladının anasını…  – Dəhşətli cinayətin ŞOK DETALLARI

Diş həkimi sevgilisi ilə görüşə bilmək üçün 6 övladının anasını…  – Dəhşətli cinayətin ŞOK DETALLARIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diş həkimi sevgilisi ilə rahat görüşə bilmək üçün 6 uşağının anasını zəhərləyərək öldürüb.

7Times.az  xəbər verir ki, dəhşətli cinayət ABŞ-nin Kolorado əyalətində qeydə alınıb.

Belə ki, Ceyms Kreiq adlı diş həkimi həyat yoldaşı Ancelanı zəhərləmək üçün onun içkisinə kalium sionid töküb. Lakin ilk dəfə hədəfinə çata bilməyib. Ancelanın halı zəhərli içkini qəbul etdikdən sonra pisləşib və o özünü narkotik qəbul etmiş kimi hiss etdiyini deyib.

Kreiq ikinci dəfə sionidin dozasını artırıb. Həmin gündən sonra Ancela şiddətli baş ağrıları və baş gicəllənməsindən əziyyət çəkib və getdikcə halı daha da pisləşib.Üç gün sonra həyatını itirib.

Polis araşdırmalara başlayıb və Kreiqdən şübhələnib. Kreiq özünü müdafiə etmək üçün əvvəlcə cinayətlə heç bir əlaqəsi olmadığını söyləsə də, sonradan sionidi, guya, Ancelanın özünün istədiyi üçün sifariş verdiyini və onun içkisinə qatdığını bildirib.

Lakin araşdırmalar nəticəsində Ceymsin yalanı ortaya çıxıb. Polis onun xanımına başqa qadınla xəyanət etdiyini, Ancelanın durumunun pisləşdiyi günlərdə davamlı olaraq həkim sevgilisi ilə görüşdüyünü və Ancelanın ilk zəhərləndiyi gündən bir neçə müddət əvvəl internetdə “Tibbi ekspertiza zamanı aşkara çıxarıla bilməyən ən güclü zəhərlər hansılardır?, Arsen ekspertiza zamanı təsbit edilə bilərmi?” kimi axtarışlar verdiyi məlum olub. Ceyms həbs olunub. 6 övladı isə həyat yoldaşının ailəsinin himayəsinə verilib.

 Savash.org