Ramazan ayının gəlişi ilə bütün dünya müsəlmanlarının əksəriyyəti oruc tutur. Amma sahurdan iftara qədər oruc tutma müddəti dünyanın hər ölkəsində eyni deyil. Belə ki, şimal qütbünə yaxın ölkələrdə yayda günlər uzun olduğu üçün dünyanın ən uzun orucluq dövrü burada yaşanır.
Sfera.az xəbər verir ki, 2023-cü ilin Ramazan ayı ərzində ən qısa oruc Çilidə tutulur. Statistikaya görə, 17 milyon yarım əhalisi olan Çilidə 50 minə yaxın müsəlman yaşayır. Çilidə yaşayan müsəlmanlar orta hesabla 11 saat yarım, Yeni Zelandiya, Argentina və Cənubi Afrikadakı müsəlmanlar isə orta hesabla 11-12 saat oruc tutur.
Türkiyədə isə statistikaya əsasən, İstanbulda bu il Ramazan ayının ilk günü 13 saat 55 dəqiqə təşkil edib. Günlərin uzanması ilə əlaqədar olaraq oruc tutma saatları hər gün bir neçə dəqiqə artacaq.
Bu il ən uzun oruc müddəti 18 saat 20 dəqiqə ilə İslandiyanın paytaxtı Reykyavikdə qeydə alınır. Ramazan ayının ilk günündə orucun ən uzun olduğu yerlərdən biri də Rusiyanın Murmansk şəhəridir. Burada sahurla iftar arasındakı vaxt 18 saat 5 dəqiqədir.
Qeyd edək ki, Azərbaycanda yaşayan müsəlmanlar gün ərzində 14 saat oruc olurlar.
Follow @7timesaz