Maqazin

Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir:

“Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.