Maqazin

“Yekə adamlarsınız, mərifətiniz olsun”

“Yekə adamlarsınız, mərifətiniz olsun”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Agah olun ki, şəxsi patoloji motivlərindən çıxış edərək din, dindarlar əleyhinə yerli-yersiz danışan və yazan şəxslər İranın, onun əsaslandırmalarının ən güclü təbliğatçılardılar”.

OLAY yazır ki, bu sözləri feysbukda aparıcı Turan İbrahimov paylaşıb. O, dinlə bağlı yersiz çıxışlar edən, statuslar yazan şəxsləri tənqid edib:

“İran din, məzhəb əldən gedir deyib irəliləyir. Həmin şəxslər də bu baxımdan İrana gözəl pas ötürmüş olurlar. Nəticədə cəmiyyətdə qütübləşməni gücləndirirlər. Bilərəkdən və ya bilməyərəkdən… Ey ateistər, deistlər, aqnostsislər və başqaları! İnanmayın, öz işinizdi, haqqınızdı. Amma inananlarla yerli-yersiz “mübarizə” aparmaqla da cəmiyyəti qütübləşdirməyin. Yekə adamlarsınız, qanacağınız, mərifətiniz olsun. Xurafatla mübarizə də siz etdiyiniz kimi olmur. Heç olmazsa bu həssas dönəmlərdə sakit durun!”