İnfluenser Həmidə Hacıyeva (Hemistyle) onu açıq-saçıq geyinməkdə ittiham edənlərə cavab verib.
OLAY yazır ki, bu barədə o, instaqramda izləyiciləri ilə sual-cavab edərkən açıqlama yayıb.
Həmidə düşünür ki, o, həmin geyimlərdə vulqar görünmür:
“Hər kəs bədən formasının icazə verdiyi şəkildə geyinməlidir. Sizin açıq-saçıq adlandırdığınız geyimləri mənim bədənim daşımağa icazə verir. Vülqar deyil, estetik göründüyünü düşünürəm. Özümü rahat və daha yaxşı hiss etdiyim üçün ürəyim istəyəni geyinirəm”.