Şirvan şəhər sakini, 1998-ci il təvəlüdlü Nəriman sevgi münasibətində olduğu Nəzrinlə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.
7Times.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində baş verib.
Nəriman 2022-ci ilin yanvarın 22-də və 24-də kirayədə yaşadığı evdə qarşılıqlı razılıq əsasında 2006-cı il təvəllüdlü Nəzrinlə təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Nərmanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“Parkda tanış olduq”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yaşayır, əvvəllər heç bir ruhi əsəb xəstəliyi keçirməyib və bununla bağlı müalicə olunmayıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Nəzrini tanıyır: “Onunla təxminən 1 il əvvəl Şirvan şəhərindəki Nərimanov parkında tanış olmuşam. Sonradan aramızda sevgi münasibəti yarandı. Tez-tez görüşdük, telefon vasitəsi ilə danışmağa başladıq”.
“Ailə qurmağı təklif etdim”
Nəriman bildirib ki, 2022-ci ilin yanvarında Nəzrin ona birlikdə qaçmağı və ailə qurmağı təklif edib:
“Mən də Nəzrini sevdiyimdən onun təklifini qəbul etdim. Yanvarın 17-də saat 10-11 radələrində Şirvan şəhəri, Salyan dairəsində avtovağzalda görüşmək qərarına gəldik. Həmin günü qərarlaşdırdığımız qaydada evdən çıxdım və Salyan dairəsinə getdim. Məndən bir müddət sonra Nəzrin də ora gəldi.
Biz birlikdə oradan tanımadığım avtomaşınla Bakı şəhərinə yola düşdük. Bakı şəhərinə çatdıqdan sonra oradan taksi ilə Xırdalan şəhərinə gəldik. Orada kirayə ev tapdıq, birgə yaşamağa başladıq. Orada qaldıqdan 5 gün sonra, yəni yanvarın 22-də təbii yola cinsi əlaqədə olduq”.
“Elə oldu ki, iş də, ev də tapa bilmədim”
Nəriman qeyd edib ki, təxminən 2 gün sonra Nəzrinlə yenə təbii yola cinsi əlaqədə olub:
“Nəzrin mənimlə öz razılığı əsasında cinsi münasibətdə oldu. 11 gün Xırdalan şəhərində kirayə tutuduğumuz evdə qaldıq. Sonra yaşadığım evi dəyişmək qərarına gəldim. Lakin başqa ev kirayə tutmağa maddi imkanım olmadı. Ona görə Nəzrin bildirdi ki, Şirvan şəhərinə gedir və orada tanıdığı qızın evində qalacaq.
Yanvarın 29-da Nəzrin taksi ilə Şirvan şəhərinə getdi. Ona dedim ki, ev tapandan sonra zəng edəcəm, o da gələcək. Lakin elə oldu, nə iş, nə də ev tapa bildim. Nəzrin də Şirvan şəhərində qaldı”.
Nərman bildirib ki, cinsi əlaqədən əvvəl Nəzrinin 16 yaşının tamam olmadığını bilib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayıb.
“Aramızda sevgi münasibəti yarandı”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəzrinin sözlərinə görə, atası 2018-ci ildə ailə üzvləri ilə birlikdə Şirvan şəhərinə gəlib və həmin vaxtdan Şirvan şəhərində yaşayırlar:
“2008-ci il təvəllüdlü qardaşım var. 2021-ci lin oktyabrından Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Cırtdan” marketdə işləməyə başladım. Nərimanı təxminən 1 ilə yaxındır tanıyıram. Onunla parkda tanış olmuşam. Həmin vaxt bir-birimizə mobil nömrələrimizi verdik. Aramızda sevgi münasibəti yarandı. Dəfələrlə Nərmanla Şirvan şəhərində görüşmüşmük. Biz telefonla danışmışıq.
Nərimana olan münasibətim barədə ailəmə də dedim. Lakin Nərimanın ailəsinin yaxşı ailə olmadığını dedilər, onunla münasibətimi kəsməyi tapşırdılar. Lakin Nərmanı sevdiyimdən onunla danışmağa davam etdim”.
Zərərçəkmişin sözlərinə görə, 2022-ci ildə Nərmanla qoşularaq qaçmağa qərarlaşıblar: “Nərman da dedi ki, onun da ailəsi mənimlə ailə qurmağıma razı deyil, buna görə birlikdə qaçaq. Onunla razılaşdım ki, yanvarın 17-də saat 10-11 radələrində evdən öz əşyalarını götürüb və ordan Şirvan şəhəri Salyan dairəsi adlanan yerə gəlim. Orada Nərmanla görüşüb, Bakı şəhərinə gedən taksi ilə yola düşək”.
“Cinsi əlaqədə olduq”
Zərərçəkmiş qeyd edib ki, Bakı şəhərinə çatdıqdan sonra taksi ilə Xırdalan şəhərinə gəliblər: “Nərimanın tapdığı kirayə evdə yaşamağa başladıq. Təxminən 5 gün sonra, yəni yanvarın 22-də təbii yola cinsi əlaqədə olduq. Təxminən 2 gün sonra yenə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduq.
Bunlar öz razılığım əsasında baş verib. On gün Xırdalan şəhərində kirayə evdə qaldıq. Bu müddətdə Nərman iş axtarsa da, tapa bilmədi. Sonra dedi ki, Şirvan şəhərinə qayıdım, tanış qızlardan birinin evinə gedim. O iş tapsın, sonra geri qaytmaq üçün məni çağırsın. Mən də ona inandım”.
“Yalan deməyə başladı”
Nəzrinin ifadəsinə görə, yanvarın 29-da taksilərdən biri ilə Şirvan şəhərinə gəlib, rəfiqəsi ilə danışıb və onun evində qalıb: “Nəriman mənə iş axtardığı barədə yalan deməyə başladı. Sonra da məndən 20 manat istədi. Pulum olmadığını dedi. Rəfiqəm ağladığımı gördü. Mənə 20 manat verdi ki, Nərimana göndərim.
Sonrakı gün Nəriman təkrar məndən 25 manat istədi ki, ev tapıb, pulu çatmır. Ona dedim ki, pulum yoxdur. Daha mənə bir söz demədi. Bundan başqa Nərimanla danışığım və ya görüşüm olmayıb.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Follow @7timesaz