Dünya

İsrail iranyönlü birləşmələrin hərbi aerodromunu vurdu — İtkilər var

İsrail iranyönlü birləşmələrin hərbi aerodromunu vurdu — İtkilər varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Suriyanın Homs əyalətindəki quru hədəflərinə zərbələr endirib.

Demokrat.az xəbər verir ki, “Al İhbaria” telekanalı  respublikanın silahlı qüvvələrinin komandanlığındakı mənbəyə istinadən 5 hərbçinin yaralandığını, həmçinin maddi ziyan dəydiyini açıqlayıb.

“İsrail vilayətin mərkəzi hissəsindəki hərbi mövqelərə aqressiv hücuma keçib. Suriya zenitçiləri düşmənin hava hədəflərinə atəş açıb və bir neçə raketi vurublar” – deyə mənbə bildirib.

İsrail Hərbi Hava Qüvvələrinin qonşu Livanın şimalındakı hava məkanından zərbə endirdiyi bildirilir.

“Al Hadath”ın xəbərinə görə, hədəflərdən biri iranyönlü şiə birləşmələrinin dəstələrinin yerləşdiyi Əd-Dəbaqa kəndindəki hərbi aerodrom olub, onların döyüşçüləri itki verib.

Telekanalın məlumatına görə, 2022-ci ildə İsrail Suriyadakı hərbi mövqe və obyektlərə 32 dəfə hücum edib. 90-dan çox yer hədəfi vurulub, 89 Suriya əsgəri həlak olub, 120-dən çoxu yaralanıb.//Yeniavaz.com