Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
“Report”un məlumatına görə, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib
Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.
Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.
Follow @7timesaz