“5 il ət yemədim. Guya arıqlayacaqdım. Smetan, kəsmik yeyirdim. İndi amma ət yeyirəm. Bircə xəmir yeməkləri yemirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Zaurla Günaydın” verilişində deyib. Müğənni formada qalma sirrlərini bölüşüb.
B.Dadaşova illər əvvəl Azərbaycan Dövlət Televiziyasından (AzTV) uzaqlaşdırılmasından danışıb:
“1988-ci ildə “Ər igidlər” mahnısını oxudum. Televiziyanın sədri çağırdı ki, 2 ildir işə düzəlmisən, universitetdə oxuyursan, bu nə mahnılardır? Sənə töhmət yazırıq, amma işdən çıxartmırıq. Töhmət ala, ala gəldim çıxdım bu yerlərə. Həmişə mübariz mahnılar oxumuşam, amma gəldilər məni işdən çıxartdılar. “İkiyə bölünən Azərbaycan”, “Xudafərin körpüsü” kimi mahnılar səsləndirmişdim. O vaxt heç kim belə mahnı oxumurdu. Onda mən də öz cəbhəmdə vuruşurdum. Amma gəldi öz cəbhəmiz məni işdən çıxartdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hər şey dəyişdi. Televiziyada Babək adlı sədr mənə zəng vurdu ki, Ulu öndər tapşırıb hansı ziyalı işdən çıxarılıbsa, yenidən işə götürün. Elə sevindim ki… 100 manat maaş da bizim üçün böyük idi. İndi sağ olsunlar, maaşı da bağlayıblar, AzTV-də maaş da yoxdur”.
Follow @7timesaz