Almaniya Kansleri Angela Merkelin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışmaq cəhdi boşa çıxıb.
7times.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
“Mən şəxsən Prezident Lukaşenko ilə telefon danışığı təşkil etməyə çalışdım, təəssüf ki, baş tutmadı. Mən, həmçinin Prezident Putinlə telefon danışığını xahiş etdim, bildiyiniz kimi, söhbət baş tutdu”, – Merkel Aİ ölkələrinin dövlət və hökumət başçılarının onlayn görüşünün yekunlarına dair brifinqdə danışıb.
Merkel əlavə edib ki, bu halda Belarusla dialoqda vasitəçi ola bilməz.
qafqazinfo.az