Gəncədə tələbə qızın intihar etməsinin bəzi detalları məlum olub.
Lent.az xəbər verir ki, buna səbəb qızın üzləşdiyi ağır itki olub.
Belə ki, 1 yanvar tarixində Kübranın atası – İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi Famil Həsənov qəflətən vəfat edib.
Bundan sonra gənc qız hadisənin təsiri altından çıxa bilməyib.
Kübranın intihar etdiyi tarix atasının doğum günü olub.
Qeyd edək ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.
Mərhumun qardaşı isə polis əməkdaşıdır.
Follow @7timesaz