Türkiyədəki zəlzələdən sonra aktiv yardımlar edən müğənni Haluk Leventin siyasətlə məşğul olacağı iddia edilib.
7Times.az bildirir ki, məlumata görə, ona bir partiyadan namizədliyini irəli sürməsi təklifi olunub. Levent bu barədə “Twitter” hesabından açıqlama verib.
“Bu gün başqa siyasi partiyanın könüllüləri yazıblar ki, mən siyasətə girəcəyəm. Təbii ki, belə bir şey yoxdur. İllərdir deyirəm, belə bir şey olmayıb, olmayacaq. Onsuz da mən siyasi partiyaya qoşulsam, səbirsizliyim və axmaqlığım ucbatından partiyanın nüfuzu dibə düşər. Hazırda yeganə gündəm zəlzələdir”, – müğənni yazıb.
Follow @7timesaz