Aparıcı Rövşanə Ağasəfqızı aktyor Faiq Mirzəyevin “Qanlı Yanvar” filmindəki obrazından danışıb.
Axşam.az xəbər verir ki, bu haqda aparıcısı olduğu proqramda danışan Rövşanə onun hazırda tamada işlədiyini deyib:
“Çox gözəl obraz yaratmışdınız. Elə düşünürdüm ki, o filmdən sonra sizə daha ciddi obrazlar, xaricdən belə dəvətlər gələcək. Axırı nə oldu? Gedib, Qubada şou-proqram aparırsınız. Dəhşətdir. İstedadlı aktyorlarımızdan istifadə etmək lazımdır”.
Aktyor aparıcının sözlərinə “O vaxt dəvətlər oldu, çəkildim. Amma indi elə bir iş yoxdur. Dəvətlər gəlir, amma hamısını dəyərləndirmək olmur. Nə qədər ki, bu savadsızlar ortadadır, belə də olacaq. Özünüz də görürsünüz ki, serialların mövzusu bəsitdir. Ailə, məişət mövzusundan kənara çıxmır” cavabını verib.
Follow @7timesaz