Argentina millisi Beynəlxalq Futbol Federasiyasının (FİFA) aprelin 6-da yenilənmiş reytinq cədvəlində lider olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, 2022-ci ilin dekabrında Cənubi Amerika komandası Qətərdə keçirilən Dünya Kubokunun final oyununda Fransa millisini penaltilər seriyasında məğlub edərək tarixində üçüncü dəfə dünya çempionu olub.
FİFA reytinqində Didye Deşamın rəhbərlik etdiyi milli komanda ikinci, Braziliya isə üçüncü pillədə qərarlaşıb.
İlk 10-luğa həmçinin Belçika, İngiltərə, Hollandiya, Xorvatiya, İtaliya, Portuqaliya və İspaniya komandaları daxil olub.
Xatırladaq ki, növbəti dünya çempionatı 2026-cı ildə keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirə üç komanda – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Follow @7timesaz