ABŞ prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyətində olduğunu, lakin bu barədə rəsmi açıqlama verməyə hələ hazır olmadığını bildirib.
7Times.az xəbər verir ki, bu barədə o NBC telekanalına müsahibəsində deyib:
“Bəli, mən yenidən seçilməyi planlaşdırıram, lakin biz bunu elan etməyə hələ hazır deyilik”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2022-ci ilin noyabrında ölkədə ən yüksək hökumət postu uğrunda mübarizəyə qoşulduğunu bəyan edib.
Bayden keçən ilin payızından yenidən seçiləcəyinə ümid etdiyini açıq şəkildə bildirir.
Axios portalının məlumatına görə, Baydenin müşavirləri və yaxın adamları hesab edirlər ki, o, seçki kampaniyasına iyulda, ya da başlanacağını elan edə bilər.
Follow @7timesaz