Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Savxozunda yerləşən “Caspian” otelində hadisə baş verib.
7Times.az xəbər verir ki, 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, mühafizəçi işləyən Vüsal (şərti) 5 ildir qeyri-rəsmi münasibətdə yaşadığı Cahan (şərti) adlı qadını oteldə döyüb.
Vüsal aralarında baş vermiş şəxsi mübahisə zamanı Cahanın sifət, baş və bədən nahiyyəsinə şillə, yumruq və təpiklə bir neçə zərbə endirib. Nəticədə qadın sol göz almasının ağlı qişasının qansızması, sol üst və sağ gözaltı nahiyənin, hər iki əlin qançırı ilə müşayiət olunan xəsarətlər alıb.
Məhkəmədə Vüsal ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 5 ildir zərərçəkmiş şəxslə qeyri-rəsmi münasibətdə yaşayır. Hadisə günü saat təxminən 11.00 radələrində Cahanla “Caspian” otelə dincəlməyə gedib və orada olan otaqların birinə yerləşiblər. Bu vaxt aralarında mübahisə yaranıb, Cahan onun ünvanına nalayiq söyüşlər söyərək təhqir edib. O, da bundan əsəbləşərək qadına “Caspian” otelinin otaqlarının birində şillə ilə sifət nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirib.
Cahan isə izahatında göstərib ki, “Caspian” otelin otaqlarının birində olan zaman təqsirləndirilən şəxs bir qədər spirtli içki qəbul edib, nəyə görə telefona cavab vermədiyini soruşub və aralarında mübahisə yaranıb. Bu zaman şillə, yumruq və təpiklə onu bir neçə dəfə vuraraq, xəsarət yetirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və qazancının 20 faizi i dövlət nəfinə tutulmaqla, 1 il müddətinə islah işləri cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. /qaynarinfo
Follow @7timesaz