Özbəkistan prezidenti Şavkat Mirziyoyev də “Togg” markalı Türkiyə istehsalı olan elektromobili əldə edib.
7Times.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Mirziyoyevə maşını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.
Özbəkistan prezidenti təşəkkürünü bildirərək, maşınqayırma sahəsində böyük nailiyyət münasibətilə Türkiyə xalqını səmimi qəlbdən təbrik edib.
O, sükan arxasına keçərək elektromobili şəxsən sınaqdan keçirib.