ABŞ-ın “Patriot” zenit-raket kompleksləri Pasxa bayramından sonra Ukraynaya gələcək.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat məlumat verib.
Sistemlərin nə vaxt Ukraynaya göndəriləcəyi barədə suala belə cavab verib: “Məncə, bu, Pasxadan sonra olacaq” dedi. O, daha konkret tarix açıqlamayıb.
2022-ci ilin dekabrında ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə qərar verib. 2023-cü ilin yanvarında Almaniya və Niderland da Ukraynaya bu sistemlərdən verəcəyini açıqlayıb.
Martın əvvəlində “The Financial Times” qəzeti yazıb ki, Ukrayna “Patriot” komplekslərindən birini alıb və onu istismara hazırlayır.
Follow @7timesaz