Rusiyanın əsas generallarından biri, Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinski yenidən cəbhəyə qayıdıb.
7Times.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin məlumatında bildirilib.“General Teplinski sıravi hərbçilər tərəfindən hörmət edilən azsaylı rus yüksək rütbəli zabitlərdən biridir. General rus ordusunun ötən ilin noyabrında Dneprin sol sahilindən geri çəkilməsi əməliyyatına rəhbərlik edirdi. General bir müddət öncə Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən vəzifəsindən azad edilmişdi”, – məlumatda qeyd olunub.
Follow @7timesaz