Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında baş vermiş silsilə zəlzələlərdən sonra Hatay istisna olmaqla, dağıntıların aradan qaldırılmasının aprelin 21-də bütün vilayətlərdə başa çatdırılacağını bildirib.
Onun sözlərinə görə, hazırda fəal şəkildə zəlzələdən zərər çəkənlər üçün yeni evlərin təməli qoyulur, 100 mindən çox mənzilin və kənd evlərinin tikintisinə də başlanılıb.
“Bayrama qədər (Ramazan-red) bir neçə kənd evini zəlzələdən zərər çəkənlərə təhvil verməyi planlaşdırırıq”, – Ərdoğan vurğulayıb.
O əlavə edib ki, Hataydan başqa bütün vilayətlərdə dağıntıların təmizlənməsi bayramdan əvvəl başa çatdırılacaq.
Follow @7timesaz