Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb.
Bu barədə 7Times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-i saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin paytaxt sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri – Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Follow @7timesaz