Məşhur rejissor Kventin Tarantino öz karyerası boyu bir dəfə də seks səhnəsi çəkmədiyini bildirib.
7Times.az lent.az-a istinadən xəbər verir ki, xarici KİV-ə müsahibəsində rejissor filmlərində erotik kadrların olmamasının səbəbini açıqlayıb.
“Seks mənim kino yaradıcılığımın bir hissəsi sayılmaz. Düzünü desəm, filmlərdə erotik səhnələri çəkmək asan deyil. Aktyorlar da, rejissor və operatorlar da çox gərgin olurlar. Bu əvvəllər də çətin idi, indi daha çətin olub.
Erotik film çəkə bilərəm, amma hələlik buna ehtiyac olmayıb. Əgər qarşıma belə bir tapşırıq qoyulsaydı, bu tarixi önəm daşısaydı, çəkərdim”, – o bildirib.
Rejissor qeyd edib ki, ilk mini seriialını və “Kino tənqidçi” adlı filmini çəkməyə hazırlaşır.
Follow @7timesaz