Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Filyosda Qara dəniz qazının istismara verilməsi mərasimində iştirak edəcək.
7Times.az A haber-ə istinadən xəbər verir ki, ölkənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez mərasimdə prezident Ərdoğanın müjdə verəcəyini açıqlayıb:
“Prezident Rəcəb Tayyib Ərdoğan vətəndaşları yaxından maraqlandıtan bir müjdə verəcək. Yaşayış yerlərində ayda 25 kubmetrə qədər istifadə edilən təbii qaz pulsuz olacaq. Bu isə vətəndaşın büdcəsinə 30,8 milyard lirə dəstək deməkdir” – deyə, nazir bildirib.
Follow @7timesaz