Sankt-Peterburqda 20 yaşlı gəncin 16 yaşlı məktəblini zorlaması ilə bağlı cinayət işi açılıb.
Bu barədə “Nevskiye Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Polisə müraciət edən yerli sakin 16 yaşlı oğlunun zorlandığını və kamera qarşısında soyunmağa məcbur edildiyini bildirib.
Hüquq-mühafizə orqanları şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Onun 20 yaşlı yerli sakin olduğu məlum olub.
Gəncə qarşı cinayət işi açılıb və o, təcridxanaya yerləşdirilib.
Azmedia.Az
Follow @7timesaz