Dünya

Makronun reytinqi ən aşağı səviyyəyə düşüb – SORĞU

Makronun reytinqi ən aşağı səviyyəyə düşüb – SORĞUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makronun reytinqi pensiya islahatlarından sonra ən aşağı səviyyəyə düşüb.

 

7Times.az  xəbər verir ki, bu barədə “Le Figaro” nəşri BVA-nın keçirdiyi sorğunun məlumatlarına istinadən yazıb.

 

Belə ki, Makronun populyarlıq reytinqi 2018-ci ilin oktyabrında “sarı jiletlər” böhranının lap əvvəlində çatdığı səviyyəyə qayıdıb və 26% təşkil edib.

 

Həmçinin respondentlərin 74%-i dövlət başçısının pensiya islahatına imza atmaqla səhv addım atdığını düşünür və bu qərarın “ictimaiyyətin narazılığına səbəb olacağından” ehtiyat edir.