Məşhur aktyor Taleh Yüzbəyovun xanımı, influenser Xatirə Yüzbəyova dünyanın ən seksual qadını seçilən kilolu model Eşli Qrehamı tənqid edənlərə reaksiya verib.
OLAY yazır ki, o, instaqramda şərh yazaraq mövcud vəziyyətə etiraz edib:
“Azərbaycanlı orta yaş qadınlar, xüsusən də nənələr və analarımız demək olar ki, kilolu xanımlardır. Belə ağıza alınmaz, təhqiramiz sözlər yazarkən arada dönün ətrafınıza baxın. Bütün dünya artıq “arıqlıq gözəllikdir” anlayışını qırmağa çalışır.
Siz isə yenə öz ampulanızdasınız. Sizin kimi insanların rəylərinə görə, insanlar özlərini kiloları ilə xoşbəxt hiss etmirlər, utanırlar, kompleks edirlər, sonunda da əməliyyatla bundan qurtulurlar. Gerçəkdən ayıb olsun!”
Follow @7timesaz