Müğənni Mətanət Əsədova üzündə plastik əməliyyat etdirmək istəsə də bu fikrindən daşınıb.
7Times.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində danışıb.
M.Əsədova keçirəcəyi əməliyyatın ağır olduğunu bildirərək, hər plastik cərraha üzünü etibar edə bilmədiyini dilə gətirib:
“Bu əməliyyat çox çətin və həssasdır və hər həkim bacarmaz. Yəni bu əməliyyatı edən həkim çox güclü savada malik olmalıdır. Ona görə hər həkimə üzümü etibar edə bilmirəm. Amma işlərim yoluna düşsün, əməliyyatımı “Məhərrəmlik” ayına saxlamışam. Üzümdə əməliyyat heç zaman olmayıb sadəcə 2009-cu ildə estetik və kosmetoloji prosedur olunub. Naşı və heç nədən başı çıxmayan insanın ucbatından böyük əziyyətlər çəkdim və indi də çəkirəm. İnşallah düzələr”.
Follow @7timesaz