İdman

Tərlan Əhmədov AFFA-dan giley-güzar etdi – Məni gözləri götürmür

Tərlan Əhmədov AFFA-dan giley-güzar etdi – Məni gözləri götürmürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov AFFA-dan şikayətçi düşüb.

O, bu barədə narazılığını bir qrup azarkeşlə görüşdə dilə gətirib.

Yeddi ay öncə Gəncədə işə başlayen mütəxəssis komandanın son ev oyunları doğma məkanda keçirə bilməməsini federasiyanın ona olan əsl münasibəti ilə əlaqələndirib.

Qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslərin onun uğur qazanmasını istəmədiyini söyləyən çalışdırıcı məhz bu səbəbdən «Kəpəz»in Qəbələyə «sürgün» edildiyini deyib.

Əhmədov bildirib ki, əgər AFFA öz namizədini sükanı arxasına gətirsəydi, komanda heç bir halda Gəncədən kənara çıxarılmayacaqdı.

O, qeyd edib ki, federasiya meydançanın saralmasını bəhanə gətirir, istəsəydilər, bu problemi qısa müddətdə aradan qaldırardılar.

«Kəpəz»Premyer Liqanın 30-cu turunda yenidən Qəbələyə dönüb. «Turan Tovuz»la qərb derbisi burada baş tutub – 1:0. Gəncəlilər «Sumqayıt» və «Sabah»la növbəti ev qarşılaşmalarını da məhz göstərilən ünvanda keçirəcək.

Böyük ehtimalla, kollektiv mövsümün sonunadək rəqiblərini doğma azarkeşləri önündə salamlaya bilməyəcək.

AFFA və Peşəkar Futbol Liqası buna əsas kimi Gəncə stadionunun qazonunun sıradan çıxmasını göstərir.

SPORTİNFO.AZ