Dünya

Navalnıya qarşı yeni iş açıldı – Bu dəfə terrorda ittiham edirlər

Navalnıya qarşı yeni iş açıldı – Bu dəfə terrorda ittiham edirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada müxalifət lideri Aleksey Navalnıya qarşı terror maddəsi ilə yeni iş açılıb.

 

7Times.az  “Kommersant”a istinadən xəbər verir ki, bu barədə müxalif siyasətçi məhkəməsində özü danışıb.

 

“Müstəntiq məlumat verdi ki, mənə qarşı terrorla bağlı yeni iş açılıb və bu barədə hərbi məhkəmə hökm çıxaracaq”, – deyə o qeyd edib.

 

Xatırladaq ki, 2020-ci ilin avqustunda kimyəvi maddələrlə zəhərlənən müxalifətçi Tomskdan Moskvaya qayıdarkən Omsk şəhərində xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicə üçün Almaniyaya aparılmışdı. 2021-ci ilin yanvarında sağaldıqdan sonra həbs olunacağını bilə-bilə Rusiyaya qayıdan Navalnı 3.5 il müddətinə azadlıqdan məhrum edilib.