Maqazin

Renka xəstəxanaya düşdü: “Həkim nəzarətindəyəm” – FOTO

Renka xəstəxanaya düşdü: “Həkim nəzarətindəyəm” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifaçısı Rəna Ağamuradovanın səhhətində problem yaranıb.

7Times.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda rəqqasə sosial şəbəkə hesabında məlumat yayıb.

Renka xəstəxananın palatasında sistem altında fotosunu paylaşaraq “Dincəlin, rahat olun” sözlərini yazıb.

Məsələ ilə bağlı redaksiyamızın əməkdaşı R.Ağamuradova ilə əlaqə saxlayıb.

Rəqqasə qısa olaraq bildirib ki, soyuqladığına görə səhhəti pisləşib və problemi aradan qaldırmaq üçün özəl klinikaların birinə müraciət edib. Renka həkim nəzarətində müalicə aldığını söyləyib.