Türkiyəli aktrisa Deniz Baysal son açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, musiqiçi Barış Yurtçu ilə 3 ildir münasibətdə olan aktrisa ana olmaq istəmədiyini bildirib:
“İnsan dəyişkən varlıqdır. Hazırda övlad istəmirəm. Uşaq fikri mənə uzaqdır. Onun məsuliyyətini almaq istəmirəm. Uşağın olsa, sevəcəksən deyirlər. Təbii ki, sevəcəyəm, amma övladımın olmasını istəmirəm. Həyatımdan razıyam. Barış da həmçinin”.
Anası xərçəngdən vəfat edən Deniz atasında da eyni xəstəliyin aşkarlandığını deyib.
Qeyd edək ki, aktrisa hazırda “Teşkilat” serialında rol alır.
Follow @7timesaz