La Liqanın 32-ci turunda keçirilən “Barselona” – “Betis” (4:0) oyunu əlamətdarlığı ilə yadda qalıb.
Offsideplus.az Kataloniya təmsilçisinin saytına istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Lamine Yamal meydana çıxmaqla rekord göstəriciyə imza atıb. Belə ki, gənc istedad matçın 83-cü dəqiqəsində Gavinin yerinə oyuna daxil olaraq, 21-ci əsrdə meydana çıxan ən gənc “Barsa”lı futbolçu olub. O, 15 yaş, 9 ay, 16 gündə bu göstəriciyə imza atıb.
Xatırladaq ki, bundan əvvəlki rekord 16 yaş, 9 ay, 25 gündə meydana çıxan Ansu Fatiyə məxsus idi. O da “Betis”lə (2019-cu ildə, evdə 5:2 hesablı qələbə) oyunda bu göstərici ilə yadda qalmışdı.Qeyd edək ki, Kataloniya təmsilçisinin tarixində La Liqada ən gənc yaşda meydana çıxan futbolçu isə Albert Mosquedi. O, 1902-ci ildə 13 yaş, 11 ay, 6 gündə meydana çıxıb.
Follow @7timesaz